Tağı Əhmədov sərt danışdı: "Onu öldürüb sonra öləcəm...”

GÜNDƏM 27 mar 2023, 18:52
"6 aydır ayaqlarım xəstədir, amma bədənim sağlamdır”.

Demokrat.az
xəbər verir ki, bunu musavat.com-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov deyib.

"Dünən bir verilişə baxıram, orda deyirlər ki, Tağı 6 aydır ölüm ayağındadır. Adamların mənəviyyatı yoxdur, niyə sifarişli yazılar yazırlar? Nə yazırlar yazsınlar. Salyan nəyidir bilmirəm, orada dedilər ki, ölüm ayağındayam. Amma hələ ölməmişəm. Onu öldürüb sonra öləcəm. 6 aydır xəstəyəm. Yazırlar ki, universitetə gedə bilmirəm. Universitetə necə gedə bilərəm? Yəqin ki, 6 aydan sonra məni pensiyaya çıxararlar, mən də orda öz ərizəmi yazaram. Amma hələlik mənə hər hansı sənəd verməyiblər. Heç kəsdən incimirəm. Universitet dövlət idarəsidir və dövlətin qanunları var. 6 ay xəstə ola bilərəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bilirlər. Yəqin ki, xəstəlikdən sonra məni xəstəliklə əlaqədar pensiyaya çıxarıb universitetdən azad edəcəklər. Qanun hamı üçün qanundur” -  T.Əhmədov qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top