“Dünyada sürətlə gedən inkişaf bir sıra yeni problemləri də ortaya çıxarır”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.
O əlavə edib ki, bunlara urbanizasiya, əhali sıxlığının artması, iri şəhərlərə kütləvi məskunlaşma, ərzaq qıtlığı kimi məsələlər daxildir:

“Bu problemlər artıq təkcə inkişaf etmiş ölkələrdə deyil, eyni zamanda Azərbaycan kimi inkişafda olan ölkələrdə də hiss olunur. Xüsusilə paytaxt Bakı bu problemlərlə daha çox üz-üzədir. Əhalinin durmadan artması, avtomobillərin çoxalması, yaşayış evlərinə və ərzağa olan tələbatın artması şəhərin infrastrukturuna ciddi təzyiq yaradır. Bakı şəhərində əhali sıxlığı ölkə üzrə orta göstəricidən 10 dəfə çoxdur. Nəticədə nəqliyyat sıxlığı, hava çirkliliyi, yaşıl zonaların azalması və tullantıların idarə olunmasında çətinliklər yaşanır. Eyni zamanda, iqlim dəyişikliyi, şəhərləşmə və torpaq deqradasiyası ərzaq təhlükəsizliyi sahəsində də ciddi narahatlıqlar doğurur. Qlobal miqyasda ərzaq istehsalı kifayət qədər olsa da, bu kimi amillər ərzaq çatışmazlığına səbəb olur. Problemlərin həlli üçün Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş Planı hazırlanıb”.
Deputat əlavə edib ki, bu plan çərçivəsində 122 min yaşayış binasının sökülməsi və şəhərin infrastrukturunun yenidən qurulması nəzərdə tutulur:
“Eyni zamanda, ətraf mühitin qorunması, ictimai nəqliyyatın inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Hazırda Bakı şəhərinin qarşısında duran bu problemlər təkcə şəhər səviyyəsində deyil, milli və qlobal səviyyədə də diqqət tələb edən mühüm məsələlərdir. Daha çox bölgələrlə çalışan dövlət qurumlarının mərhələli şəkildə paytaxtdan köçürülməsi mümkün ola bilər. Bu zaman həmin qurumların funksionallığı nəzərə alınmalıdır. Bir sıra dövlət və təhsil müəssisələrinin bölgələrə köçürülməsi həmin bölgələrin inkişafına təkan verəcək”.
Leyla Turan
Demokrat.az