Tiktokerlərin məhkəməsi davam edir: Çirkli pullar necə yuyulub?

GÜNDƏM 12 may 2025, 18:36
Çirkli pulların yuyulması (money laundering) "qanunsuz yollarla əldə edilmiş gəlirlərin (məsələn, narkotik ticarəti, fırıldaqçılıq, qumar, vergi yayınma və s.) qanuni görünməsi üçün bir sıra maliyyə əməliyyatları ilə "təmizlənməsi" prosesidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib. 

"Onlardan ən məşhuru “Virtual hədiyyə” mexanizmi ilə yumadır. "Tiktok"da istifadəçilər canlı yayımda digər istifadəçilərə virtual hədiyyələr göndərə bilir, bu da real pula çevrilə bilir.Qanunsuz gəliri olan şəxs, bir və ya bir neçə saxta "Tiktok" hesabı yaradır. Bu pulla "Tiktok"un valyutası olan "coins" alır.Sonra həmin hesabdan digər "özünə aid" bir "Tiktok" hesabına canlı yayım zamanı çoxlu virtual hədiyyə göndərir. Qəbul edən tərəf bu hədiyyələri real pula çevirib çəkir.Beləcə, çirkli pul “Tiktok gəliri” kimi görünür".

O bildirib ki, ikinci ən bilinən variant "Sponsorluq” və “influencer pulları” ilə yumadır. "Tiktok"da "fake brendlər" və ya qeyri-adi sponsorlar vasitəsilə influencerə pul köçürülür:

"Pul, reklam ödənişi adı altında gəlir kimi göstərilir. Əslində isə bu pul çirkli qaynaqdan gəlmiş ola bilər və "reklam müqaviləsi" ilə yuyulur.

Bir digəri isə NFT və ya dijital aktivlərlə əlaqəli yumadır. "Tiktok" influencerləri vasitəsilə reklam edilən şişirdilmiş dəyərə malik NFT-lər (rəqəmsal sənət əsərləri) vasitəsilə pul dövriyyəyə salınır və çəkilir. Bu da az yayılmış, amma müasir metodlardan biridir.Belə hallar vergi yayınması, qeyri-qanuni gəlirlərin leqallaşdırılması və saxta fəaliyyət kimi cinayət tərkibli hallar sayılır və bir çox ölkədə, o cümlədən Azərbaycanda bu, ciddi hüquqi məsuliyyət daşıyır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top