BMT Insan Hüquqları Şurası sessiyasında iştirakın nəticələri barədə QHT sədrindən AÇIQLAMA

GÜNDƏM 27 mar 2023, 13:30
Cari lin 6-25 Mart tarixlərində “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi BMT İnsan Hüquqları Şurasının 52-ci sessiyasında təmsil olunmuşdur.

Təşkilatın sədri Ramil İskəndərli bu İştirakın əsas nəticələri barədə aşağıdakıları qeyd etmişdir:


– “Təmsilçilər və ekspertlərimiz olaraq “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət və “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin İdarə Heyətinin üzvü Nigar İskəndərova, həm Plenar sessiyalarda, həm xüsusi məruzəçilərlə interaktiv dialoqlarda, mövzular üzrə ümumi debatlarda, xüsusi mövzular üzrə forum və side eventlərdə (dəyirmi masalar) iştirak etmişlər. Bunların 6-da nümayəndələrimiz çıxış etmək imkanı qazanmışlar.

Çıxışlarda aşağıdakı məsələləri iştirakçı dövlət və qeyr-hökumət təşkilatlarının nəzərlərinə çatdırmışlar:

– Azərbaycanlı qaçıqnların Ermənistandan qovulması və doğma yurdlarına qayıtmaq hüquqları, eyni zamanda Azərbaycanlı məcburi köçkünlərin Qarabağa Böyük Qayıdışı, görülən işlər və tam qayıdış üçün maneələr (mina, dağıntılar və s. barədə – Ramil İskəndərli).

– İranda və Ermənistanda azərbaycanlıların milli azlıqların hüquqları kontekstində problemləri (bir neçə side event və plenarda çıxış – Azər Həsrət).

– Silahlı münaqişələr dövründə uşaqların hüquqları və əlillərin hüquqları kontekstində azərbaycanlı uşaqların müharibədən zərər çəkməsi barədə çıxış (Vüqar Əhmədov),

– Azərbaycanda Kütləvi məzarlıqların aşkar olunması

– Azərbaycanın Özünümüdafiə və mülki əhalini Qoruma Öhdəliyi prinsipləri əsasında torpaqlarının işğaldan azad etməsi və digər məsələlər.

Eyni zamanda, təmsilçilərimizin çıxışlarının BMT rəsmi Extranet səhifəsində Vuqar Əhmədovun və Azər Həsrətin yazılı şəkildə, BMT-nin rəsmi Web TV-sində Plenar iclasda Azər Həsrətin çıxışı, BMT-nin rəsmi Vimeo sosial video platformasındakı hesabında Ramil İskəndərlinin çıxışı yerləşdirilmişdir.

İnsan Hüquqları Şurasında iştirak həmçinin BMT-nin vətəndaş cəmiyyəti ilə iş üzrə məsul şəxsləri, mövzular üzrə xüsusi məruzəçiləri, beynəxalq qurumlar və təşkilatlar, xarici ölkələrin qeyri- hökümət təşkilatları, ekspertlər və nümayəndələr ilə birbaşa, fərdi əlaqələrin qurulması və kontaktların yaranması, gələcək perspektiv əməkdaşlıqların müzakirəsi baxımından əhəmiyyətli olmuşdur.

Bundan başqa Ramil İskəndərli və Nigar İskəndərova 13-17 mart tarixlərində Vyanada keçirilən BMT-nin Narkotlərlə Mubarizə Komitəsinin 66-ci sessiyasında iştirak etmişlər. Sessiya zamanı Ramil İskəndərli Azərbaycanın narkotiklərlə mübarizə kontekstində 2020-ci ildə İranla sərhəd ərazilərinin tam olaraq işğaldan azad etdiyi və dövlət sərhəddinin bərpası ilə bağlı məlumat vermişdir.

Azertac News Agency Dövlət İnformasiya Agentliyi və QHT.az saytı və Azər Həsrət başda olmaqla, Azərbaycan mediasına və vətəndaş cəmiyyətinə bizim itirakımız, çıxışlarımız və ən əsası qaldırılan məsələlər barədə məlumatları müntəzəm qaydada işıqlandırdıqlarına görə təşəkkür edirəm”.

Demokrat.az



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top