"Azəriqaz" villalarda sayğaclara müdaxilə aşkarladı — VİDEO

HADİSƏ 26 mar 2023, 11:00
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində kənar müdaxiləyə məruz qalan 3 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə aparılıb.

“Azəriqaz”dan Demokrat.az-a verilən məlumata görə, abonentlərin razılığı ilə sayğaclara vizual baxış keçirilib və hər 3 sayğacda qanunsuz kənar müdaxilə halı təsdiq olunub.

“Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, bu kimi hallara qarşı qanun  çərçivəsində tədbirlər görüləcək” - “Azəriqaz”ın açıqlamasında bildirilir.

Daha ətraflı video materialda:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top