YapiKredi Müraciət Forması
Sənaye və energetika

Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşdı

Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

Demokrat.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.40 ABŞ dolları və ya 0.51% artaraq, 78.76 dollar təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.//APA

D
demokrat.az