Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşdı

SƏNAYE VƏ ENERGETİKA 22 mar 2023, 10:35
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,96 ABŞ dolları, yaxud 2,62 % artaraq 76,71 ABŞ dolları təşkil edib.

Demokrat.az xəbər verir ki, bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 75,32 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top