"Anladım ki, şəxsi həyatımı unuduram" — Namiq Qaraçuxurlu

ŞOU-BİZNES 21 mar 2023, 17:45
"Şou-biznesdə olan çox adamların düşüncəsi ilə mənim kifirlərim ayrıdır, ziddiyət təşkil edir. Tanınmışlarla fikirlərim uyğun gəlmir. Ona görə də uzaq gəzmək lazımdır".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Xəbər-ətər" verilişində deyib. Sənətçi qazancından söz açıb. O, hər gün toya gedən sənət adamlarını tənqid edib:

"Ən az üç dəfə kiməsə hörmətlə yanaşıram. Dördüncüdə isə artıq yox. Kasıb olmuşam, birdən-birə pul qazanmağa başlamışam. Bir də ayılıb görmüşəm ki, hər şeyim var, amma heç nəyim yoxdur. İndi bəzən ardıcıl məclislər olanda götürmürəm. Çünki özümü, ətrafımı, şəxsi həyatımı unuduram. Bəziləri deyir, sabah gedirəm, Məhərrəmlik ayı başlayır. Nə olub, bir dayanın. Özünün yaxşı pulun olmaqdansa, ətrafının yaxşı pulu olsun. Baxırsan filankəsin yaxşı pulu var, amma ətrafındakılar kef edir, özü isə çalışır. Ona görə də mən deyirəm, ətrafındakıların yaxşı pulu olsun, xərcləsin".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top