Türkiyədə zəlzələdə ölənlərin sayı AÇIQLANDI

HADİSƏ 20 mar 2023, 17:47
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir. 

Demokrat.az
xəbər verir ki, son məlumatlara əsasən təbii fəlakət zamanı həyatını itirənlərin sayı 50 096 nəfərə çatıb.

Bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumat yayıb. 

Bildirilib ki, yaralı sayı 107 204 nəfərdir.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin 11 rayonunun əhatə edən  7,7 və 7,6 bal gücündə zəlzələlər olub. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Zəlzələ baş verən bölgələrdə 3 aylıq fövqəladə vəziyyət elan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top