Bakıda kişi başqa qadınla yazışdı — Arvadına xəsarət yetirdi

KRİMİNAL 16 mar 2023, 12:27
Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Vüqar həyat yoldaşı Xatirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Bakının Nizami rayonunda baş verib. 

Vüqar ötən ilin oktyabrın 23-də birgə yaşadıqları mənzildə arvadı Xatirənin ona mobil telefonla başqa şəxslərlə yazışmasına irad bildirib. təhqir edib. 

Bu səbəbdən onların aralarında ailə-məişət münaqişəsi zəmnində mübahisə yaranıb. Bu zaman Vüqar arvadının bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarətlər yetirib. 

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə)n maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 2017-cu ildə Xatirə ilə ailə həyatı qurub və bu nikahdan iki övladları var: 

“Biz mehriban ailə olmuşuq. Hadisə günü, saat 07 radələrində yaşadığımız ünvanında olan zaman arvadım telefonla kiməsə mesaj yazmağıma irad bildirdi. Bu isə mübahisəyə səbəb oldu. Xatirə məni əli və masanın üzərində olan ütü ilə vurmağa çalıdı. Məni əsəbləşdirdiyindən Xatirənin bədəninin müxtəlif nahiyələrindən əlim ilə vurdum”. 

Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.
 
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Vüqarın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top