Mark Milli: “ABŞ Rusiya ilə münaqişə axtarmır”

HƏRBİ 16 mar 2023, 07:46
“ABŞ Rusiya ilə münaqişə axtarmır”.

“Report” xəbər verir ki, bunu Pentaqonun Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millli Qara dəniz üzərində PUA insidentinin “müharibə aktı” olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.

"Hadisələr baş verir, ABŞ Rusiya ilə silahlı münaqişə axtarmır", - Mark Milli qeyd edib.

ABŞ-ın yüksək rütbəli hərbi məmuru əlavə edib ki, o, hadisəni "bu baxımdan dəyərləndirməzdi".

“Mənə elə gəlir, bu hadisəni araşdırmalı və irəliyə doğru davam etməliyik”, - Pentaqonun Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top