“Hacı Şahin iranpərəstlər tərəfindən bütləşdirilir”

MEDİA 13 mar 2023, 09:19
“Biz Hacı Şahini cəhalətə qarşı çıxdığına görə təqdir edirdik. Amma ölümündən sonra o, cəhalətin katalizatoruna çevrilib. Biz onu Azərbaycan İslamını İranın təsirindən çıxarmaq istiqamətindəki fəaliyyətinə görə alqışlayırdıq. Amma o, iranpərəstlər tərəfindən bütləşdirilir”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Vüsal Məmmədov bildirib.

Jurnalist daha sonra qeyd edib: “Sual yaranır: Bu halda Hacı Şahinin Azərbaycan üçün oynadığı rol nədən ibarət olub?! Düşünürəm ki, Hacı Şahinin sağlığındakı işıqlı obrazını bu zülmət ordusundan müdafiə etmək lazımdır”.

Qeyd edək ki, hacı Şahin Həsənlinin ölümündən sonra İrana bağlı olan radikal qruplar tərəfindən onun məzarına "ziyarətlər" təşkil olunmağa cəhd edilib. Ancaq mərhum hacı Şahin Həsənlinin tərəfdarları buna imkan verməyib.  


Həsən
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top