Zelenski 200 rusiyalıya qarşı sanksiyalar tətbiq etdi

GÜNDƏM 12 fev 2023, 21:35
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyası ilə əlaqəsi olan iki yüz şəxsə qarşı sanksiya tətbiq edib.

Dövlət başçısı müvafiq tədbirləri nəzərdə tutan 75 saylı fərmanı imzalayıb.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının icrasına nəzarət qurumun katibi Aleksey Danilova həvalə edilib.

Bundan əlavə, Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Ukrayna Təhlükəsizlik Xidmətinə və Nazirlər Kabinetinə şəxsi sanksiyaların effektivliyinə nəzarət etmək, Xarici İşlər

Nazirliyinə isə Aİ və ABŞ-ın səlahiyyətli orqanlarını məlumatlandırmaq tapşırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top