Azərbaycanda 14 yaşlı qız ərə verildi, uşaq dünyaya gətirdi — ŞOK OLAY

KRİMİNAL 07 fev 2023, 13:03
Ağdaş rayonunda 1993-cü il təvəllüdlü Sərxan evlənmək məqsədilə yetkinlik yaşına çatmayan Nərminlə (adlar şərti verilib – red.) cinsi əlaqədə olub. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Sərxan 2006-cı il təvəllüdlü Nərminin razılığı ilə evlənmək məqsədi ilə ilk dəfə 2021-ci ildə yaşadığı evdə onunla təbbi yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, əvvəllər məhkum olmayı, heç bir ruhi-əsəb və digər xəstəliyi olmayıb: “Zərərçəkmiş Nərmin doğma dayım qızıdır. Nərmin və Nərminin ailə üzvləri ilə mənim, həmçinin ailə üzvilərimin arasında heç bir düşmənçilik, ədavətimiz olmayıb. Nərmin ilə aramızda 2019-cu ildən sevgi münasibətləri yaranıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra aralarında olan sevgi münasibətləri daha da çoxalmağa başlayıb: “Biz evlənmək qərarına gəldik. Lakin ailələrimiz bizim evliliyimizə razı olmayacaqlarını düşündük. Bir-birimizə qoşularaq qaçmağı qərarlaşdırdıq. Bu səbəblə də Nərmin ilə aramızda razılaşdıq və bilikdə mənim yaşadığım evə getdik. Həmin gün yaşadığım evdə cinsi əlaqədə olduq. Nərminin bakirəliyi həmin gün tərəfimdən pozuldu. Gecəni həmin evdə qaldıq”.

Təqsirləndirilən şəxs deyib ki, səhəri gün Nərmin ilə birlikdə Bakı şəhərinə gediblər və Bakı şəhərinə Abşeron Gənclər şəhərciyində kirayə ev tutaraq orada yaşamağa başlayıblar: “Həmin vaxtda da orada yaşadığımız evdə vaxtaşırı ər-arvad kimi cinsi əlaqədə olduq. Daha sonra Nərmin hamilə qaldı”. 
Sərxanın ifadəsinə görə, bundan sonra Ağdaş şəhərində “Samirə” Şadlıq sarayında oğlan toyları olub və həmin gecəni Ağdaş şəhərində yerləşən evdə qalıblar: “Daha sonra Bakı şəhərində kirayədə yaşadığımız evə getdik. 2021-ci ildə yeni ili valideyinlərim ilə birlikdə qeyd etmək üçün onların yaşadığı Ağdaş şəhərindəki evə gəldik. Səhəri gün Nərmini həkimə apardıq. Bundan sonra Nərminin artıq 5 aylıq hamilə olduğunu bildik. Həmin vaxt həkimin bizə uşaq dünyaya gələnə qədər cinsi əlaqədə olmamağı məsləhət gördü”. 

Sərxan qeyd edib ki, 2022-ci ildə Göyçay rayon xəstəxanasında qız övladlarının dünyaya gəlib. Qeyd edib ki, Nərminin yaşının az olduğunu bildiyini, lakin bunun məsuliyyət olduğunu bilməyib. 

Bu cinayət işinə Ağdaş rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. 

Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza verilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top