Lalə Azərtaş canlı efirdə göz yaşlarını saxlaya bilmədi — VİDEO

GÜNDƏM 06 fev 2023, 18:05
Tanınmış aparıcı Lalə Azərtaş Türkiyədəki zəlzələ zamanı yaşananlardan sonra göz yaşlarını saxlaya bilməyib.

Demokrat.az xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişinin bugünkü buraxılışında duyğulu anlar yaşanıb.

Belə ki, verlişin aparıcısı Lalə Azərtaş Türkiyədə zəlzələ zamanı dağıntılar altından çıxarılan azyaşlı uşağın xilasedilmə anını təqim edərkən kövrəlib.

"Nə qədər qardaş Türkiyə ilə bərabər öz balamı çıxarırmış kimi, "şükür Allahım" deyə-deyə hönkürürdük bütün günü. Çox şükür sədası. Bu səsi istəyirəm mən yenə. Allahdan arzum bir tək bu səsdi" - deyərək kövrələn aparıcı sözlərinə davam edə bilməyib.

Həmin görüntüləri təqdim edirik:

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top