Yeri boş qalan məmurlar: Bu kreslolar sahibini gözləyir...

DAXİLİ SİYASƏT 06 fev 2023, 13:24
Son illər nazirlərin, icra başçılarının vəzifədən azad edilməsi ilə bir sıra postlar boşaldı. Onlardan bəzilərinə təyinat olsa da, hələ də bir sıra məmur kreslosu boş qalıb.

Cebhe.info xəbər verir ki, hazırda ölkədə iki yüksək vəzifə boşdur.

Onlardan biri nazir postudur. Bu nazir postu  Mədəniyyət Nazirliyindədir. Qeyd edək ki, sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin 22 dekabrında Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad edilib.

A.Kərimov 2021-ci ilin 5 yanvar tarixində bu posta almışdı, 1 il 11 aydan sonra istefaya göndərildi. Hələlik mədəniyyət naziri postu boşdur, hazırda quruma nazirin birinci müavini Adil Kərimli rəhbərlik edir. O, ötən ilin 22 dekabrında bu posta təyin olunub.

Boş qalan kreslolardan biri də Naxçıvan Ali Məclisin sabiq sədri Vasif Talıbovun postudur. O, ötən ilin 21 dekabrında istefa verib.

Qeyd edək ki, Naxçıvana hazırda Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli rəhbərlik edir. Naxçıvan Ali Məclisinin sədri postu təyinatlı vəzifə deyil, o, seçki üsulu ilə seçilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top