YapiKredi Müraciət Forması
Dünya

Moskva və Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır

Moskva və Tehran Tatarıstanda dron zavodu açmağı planlaşdırır

Rusiya və İran rəhbərliyi Rusiyanın Tatarıstan Respublikasının Yelabuqa şəhərində İranın “Şahid-136” kamikadze dronlarının istehsalı üçün zavod tikmək imkanını nəzərdən keçirir.

Bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, yanvarın 5-də İran nümayəndə heyəti Tatarıstana səfər edib və orada nəzərdə tutulan tikinti üçün boş sahəyə baxış keçirib.

Bildirilib ki, hazırda Moskva və Tehran daha da sürətlə uça biləcək “Şahid-136” kamikadze dronlarının təkmilləşdirilmiş modelini hazırlayırlar. Tərəflər Tatarıstandakı zavodda ildə azı 6 min dron istehsal etməyi planlaşdırırlar.

NE
Nihadə Eyyubova