ABŞ-dan Ukraynaya YARDIM

DÜNYA 03 fev 2023, 22:10
Ukraynaya yeni yardım paketi ABŞ-a 2,2 milyard dollara başa gələcək.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ABŞ Ukraynaya HIMARS raketləri verəcək.

ABŞ Ukraynaya ümumilikdə 2,2 mlrd. dollar məbləğində hərbi yardımın yeni paketinin təqdim edildiyini açıqlayıb.

Bu barədə Pentaqonun nümayəndəsi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder brifinqdə bildirib. 

"Bu gün ABŞ Müdafiə Nazirliyi 2,2 milyard dollar həcmində Ukraynaya yeni yardım paketi ayırdığını elan edir. Bu paketə "Javelin" tank əleyhinə raketlər, artilleriya qurğusu, həmçinin HIMARS ənənəvi və uzun mənzilli raketlər daxildir", - deyə o qeyd edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top