Çavuşoğlu İstanbuldakı konsulluqların bağlanmasından danışdı: “Məqsədli addımdır“

REGİON 03 fev 2023, 13:55
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir sıra Avropa ölkələrinin İstanbuldakı diplomatik nümayəndəliklərini bağlamasına münasibət bildirib.

Demokrat.az
"TRT Haber"ə istinadən xəbər verir ki, Çavuşoğlu bu addımın məqsədli şəkildə atıldığını deyib.

"Bəzi ölkələrin digər ölkələrə "buna siz də qoşulun" dediyini də bilirik", - XİN başçısı bəyan edib.

Qeyd edək ki, Böyük Britaniya, Almaniya, Niderland, Fransa və Norveç də daxil olmaqla, 9 Avropa ölkəsi təhlükəsizlik təhdidi olduğunu əsas göstərərək Türkiyənin İstanbul şəhərindəki konsulluqlarını bağlayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top