Laçın-Xankəndi yolundan 95 avtomobil keçib

QARABAĞ 02 fev 2023, 23:01
Hər zaman olduğu kimi, bu gün də Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət ediblər.

Demokrat.az xəbər verir ki, fevralın 2-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 81 təminat-təchizat, hərbi təyinatlı və minik avtomobili maneəsiz keçib.

Bundan əlavə, BQXK-yə məxsus 7 avtomobil səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri dönüb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top