Azərbaycanda toy edənlərin DİQQƏTİNƏ: qiymətlər BAHALAŞDI

SOSİAL 02 fev 2023, 22:27
Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb.

Demokrat.az xəbər verir ki, 2022-ci ildə şadlıq saraylarında sifarişlərin sayı 2021-ci ilin sərt karantin qaydaları tətbiq olunmayan dövrünə nisbətən 43.0% azalıb.

Bununla yanaşı, şadlıq saraylarında 2022-ci ildə qiymətlər 21.6 faiz artıb. Xüsusən, 40 manatadək olan menyularda qiymət daha çox olub - 27.5 faiz.

Dəyəri 40-80 manat olan menyuların qiyməti 20.1 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 17.4 faiz artım qeydə alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top