"Ermənistanın sonuncu şansı bu ildir"

SİYASƏT 02 fev 2023, 15:14
"Azərbaycan daim regionda sülhün olmasında öz maraqlarını  ehtiva edib. Eyni zamanda, dövlətimiz regionda hansısa qarşıdurmaların bütün bölgəyə ziyan verəcəyini dəfələrlə vurğulayıb". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Tural İsmayılov deyib. Analitik vurğulayıb ki, Azərbaycan dünyaya çox yaxşı örnək göstərərək, öz torpaqlarını işğaldan azad edib:

"Azərbaycan bundan sonra Cənubi Qafqazın və bütün regionun sabitliyi üçün bölgədə sülh və etimadın formalaşmalı olduğunu vurğulayıb. Təəssüflər olsun ki, bu gün Ermənistan və Ermənistandan Türkiyəyə və Azərbaycana təsir vasitəçisi kimi istifadə etməyə çalışan qüvvələr bölgədəgərginliyin olmasında maraqlıdırlar. Ermənistanı növbəti dəfə müharibəyə təhrik etməyə çalışırlar. Hər halda Azərbaycan prezidenti sonuncu  yerli televiziyalara müsahibəsində sülh üçün Ermənistana sonuncu olaraq bu ili vaxt kimi göstəribdir. Ermənistanın sonuncu şansı bu ildir. Əgər bu il ərzində sülhə razı olmasa və prosesi gələn ilə uzatsa, bu növbəti dəfə Ermənistanın hərbi mənada cəzalandırılmasına səbəb olacaq".



Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top