Zelenski Saakaşvilidən danışdı

DÜNYA 01 fev 2023, 22:31
"Mixail Saakaşvili pis vəziyyətdədir. Gürcüstan hakimiyyəti eks-prezidenti və Ukrayna vətəndaşı  Saakaşvilini yavaş-yavaş öldürür.

Bunu Avstriya prezidenti Aleksandr Van der Bellenlə keçirdiyi birgə mətbuat konfransında prezident Volodimr Zelenski bildirib. 

Ukrayna prezidenti mətbuat konfransından əvvəl ona Saakaşvilinin şəkillərinin verildiyini deyib.

" Bu fotolar onun hansı vəziyyətdə olduğunu göstərir. O, vaxtilə Gürcüstan prezidenti olub. Mixeil Saakaşvili. Necə göründüyünü görməyinizi istərdim. Mən hesab edirəm ki, bu gün Gürcüstan hökuməti onu öldürür. Bilirsiniz ki, onu zəhərləyiblər, indi isə az-az onu öldürürlər", - Zelenski deyib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top