Salyanda rayon birinciliyi keçirilib — FOTOLAR

İDMAN 01 fev 2023, 21:02
01 fevral 2023-cü il tarixində Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan şəhər 20 Yanvar küçəsində yerləşən "Kikboksinq" idman klubunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və "Gənclər həftəsi" çərçivəsində 2 fevral-Azərbaycan Gəncləri Günü münasibəti ilə kikboksinq idman növü üzrə yeniyetmələr və gənclər arasında rayon birinciliyi keçirilmişdir. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Ümummilli Lider Heydər Əliyevin , həmçinin torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov idmançıları salamlayaraq , 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə təbrik etdi və bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycan artıq regionun lideridir.Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, idman və digər sahələrdə tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.Azərbaycan gəncliyi ən yüksək
münasibətə layiqliyini, doğma torpaq, yurd sevgisini, cəsarət və fədakarlığını Vətən müharibəsində sübuta yetirdi.

Sonra Salyan Kikboksinq idman klubunun direktoru , kikboksinq idman növü üzrə məşqçi-müəllim Rahil İsgəndərov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident cənab İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

Sonra Vətən müharibəsi Şəhidi XTQ-in giziri Məmmədov İsmayılın atası Məmmədov Fərhad bildirdi ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun sıralarında minlərlə gəncimiz mətanətlə vuruşaraq qəhrəmanlıq salnaməsi yazdı. Düşmənə qisas hissi ilə kükrəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan əsasən gənclərimiz idi.

Sonra birinciliyə start verildi.Maraqlı idman mübarizəsi şəraitində keçən birinciliyin yekununda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları və medalları ilə təltif olunmuşdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top