Reket baş redaktor kimləri şantaj edib? — Adlar açıqlandı

KRİMİNAL 01 fev 2023, 12:49
Reketçiliklə məşğul olan “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az
-ın xəbərinə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Roman Ələkbərlinin icraatına verilib. 

Məhkəmənin hazırlıq iclası fevralın 9-na təyin olunub. 

İttihama görə, “Demokratik.az” saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev Göygöl rayon Mərkəzi Xəstəxanasının direktoru Vasif Əliyev, xəstəxananın şöbə müdiri Əlikömək Alıyev, həkimi Rəşad Əkbərov və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İlqar Məhərrəmovu şantaj edib. 

Onların barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb edib. 

Göygöl rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Osman Rzayev tutulub.

Onun barəsində Cinayət Məcəlləsinin  182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top