ABŞ Fələstinə 50 milyon dollar ayırıb

DÜNYA 31 yan 2023, 20:13
ABŞ Fələstinə əlavə 50 milyon dollar ayırıb.

Bunu  ABŞ dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasla danışıqlardan sonra bildirib.

Blinken deyib ki, bu məbləğ artıq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə ayrılmış vəsaiti tamamlayacaq.

Bundan əlavə, ABŞ Fələstin torpaqlarının sakinlərinə dördüncü nəsil (4G) internet xidmətlərinin göstərilməsini asanlaşdıracaq.

Blinken yanvarın 29-dan 31-dək Yaxın Şərq turnesindədir. ABŞ dövlət katibi artıq Misir və İsrailə səfər edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top