“SalamNews” İnformasiya Agentliyi və “İnteraz”da əməliyyat: Saxlanılanlar var — YENİLƏNİB

HADİSƏ 31 yan 2023, 15:04
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin adları da məlum olub.

Bununla bağlı APA məlumat yayıb.

Xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A.T.Kərimov, E.A.Rəhimov, İ.Ə.Ələkbərov, M.N.Cəfərov, H.H.Cabbarlı, F.S.Əbdülov və A.Ə.Cümşüdov şübhəli şəxs qismində tutulublar.

14:59

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.


APA-nın əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən “SalamNews” İnformasiya Agentliyi və “İnteraz”da əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 6 nəfər saxlanılıb.

Qeyd edək ki, informasiya vasitələri İranın siyasətinin təbliğatı ilə məşğul olub, daha çox İranın maraqlarından çıxış ediblər.

Əməliyyatla bağlı hələlik hər hansı rəsmi informasiya verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top