“Qarabağ” Kadidən sonra onu da SATDI — FOTO

İDMAN 30 yan 2023, 16:21
“Qarabağ” qanalı forvardı Kvabena Ovusunu satıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Macarıstanın “Ferentsvaroş” klubuna keçib.

Ötən ay bu klubla müqavilə imzalayan hücumçunun yayda Budapeşt təmsilçisinə qoşulacağı gözlənilirdi. Lakin macarların çalışdırıcısı Stanislav Çerçesovun onu sərəncamında tez görmək istəməsi, Ovusunun gedişinə səbəb olub.

Belə ki, “Qarabağ” 350 min avro (647 min manat) qarşılığında Ovusunun bu ay “Ferentsvaroş”a keçməsinə şərait yaradıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top