İdman

"Əl-Nəsr"dən Ronaldoya bahalı hədiyyə — FOTOLAR

Əl-Nəsrdən Ronaldoya bahalı hədiyyə — FOTOLAR

Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo bu dəfə aldığı hədiyyə ilə gündəmə gəlib.

Demokrat.az "Mirror"a istinadən xəbər verir ki, idmançının transfer olduğu "Əl-Nəsr" futbol klubu Ronaldoya "Jacob Co" brendindən saat bağışlayıb.

Futbolçunun zinət əşyası 630 min funt-sterlinq (təxminən 1 milyon 326 min manat) dəyərindədir.

18 əyyar qızılla örtülmüş saat 338-dən çox qiymətli daşlarla bəzədilib.

Xatırladaq ki, yanvarın 1-də "Əl-Nəsr"ə keçən Ronaldo klubla 2 illik müqavilə imzalamışdı.//Offsideplus.az

Əl-Nəsrdən Ronaldoya bahalı hədiyyə — FOTOLAR
Əl-Nəsrdən Ronaldoya bahalı hədiyyə — FOTOLAR

D
demokrat.az