Bakıda tanınmış şəxsin vəzifəli oğlu intihar etdi

KRİMİNAL 29 yan 2023, 15:45
Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “Baku Cargo Terminal” MMC-nin kommersiya yükdaşıması şöbəsinin rəisi Elxan Əzimov intihar edib.

“Qafqazinfo” xəbər verir ki, vəzifəli şəxs Suraxanı rayonu Əmircan qəsəbəsində özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırmalar aparılır.

Əldə etdiyimiz məlumata görə, E.Əzimov əfsanəvi pilot, Şöhrət ordenli Əzimbala Əzimovun oğludur. 74 yaşlı Ə.Əzimov hazırda Milli Aviasiya Akademiyasında çalışır.

AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, vəfat edən şəxs AZAL-ın əməkdaşı deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top