Britaniya-Azərbaycan parlamentlərarası qrupu Orxan Əsgərovun ailəsinə başsağlığı verib

GÜNDƏM 28 yan 2023, 23:54
Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı bəyanat verib.

APA-nın London bürosu xəbər verir ki, dostluq qurupu Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın və səfirliyin əməkdaşının öldürülməsi xəbərindən kədərləndiyini və sarsıldığını bildirib.

Açıqlamada həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verilib və yaralananların tezliklə sağalması arzulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top