SON DƏQİQƏ! Azərbaycan Səfirliyinə hücum edən terrorçunun sifarişçisi açıqlandı — FOTO

GÜNDƏM 28 yan 2023, 22:00
Ötən gün Tehranda Azərbaycan Səfirliyinə silahlı hücum edən terrorçunun İran xüsusi xidmət orqanları tərəfindən hazırlanması barədə sensassion faktlar ortaya çıxıb. 

Demokrat.az-ın məlumatına görə, Güney Azərbaycan Milli Hərakatının fəalı, hazırda Kanadada yaşayan hüquqşünas Haqan Türkelli sözügedən terror aktının şəxsən Tehranın polis rəisi, SEPAH zabiti Əhməd-Rza Radanın əmri ilə törədildiyini bildirib. 



Daha sonra Haqan Türkelli deyib:

"Tam etibarlı mənbədən aldığım məlumata görə, ötən gün səhər Tehranda Azərbaycan Səfirliyinin mühafizəsinə təhkim olunmuş bütün polis əməkdaşlarına "müdaxilə etmə" tapşırığı verilib. Özü də bu əmr Tehranın polis rəisi Əhməd-Rza Radadan gəlib. Dünən Azərbaycan Səfirliyinin qapısında dayanan polislər hadisə baş verən ərəfədə təqribən 30 dəqiqə geri çağırılıb, onlara "bu, SEPAH-ın təlimatıdır" deyilib. 

Əhməd-Rza Radanın fotosu

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top