İlham Əliyev: "Azərbaycan terrorizmin bütün forma və təzahürlərini pisləyir"

GÜNDƏM 28 yan 2023, 21:51
"Terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla telefon danışığı zamanı bildirib.

Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini vurğulayıb.

Azərbaycan Prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top