Qərbi Azərbaycan İcması səfirliyə hücumu şiddətlə qınayır

DİASPOR 27 yan 2023, 22:55
Qərbi Azərbaycan İcması ölkəmizin İran İslam Respublikasındakı səfirliyinə bu gün edilmiş silahlı hücumu şiddətlə qınayır.

Bu barədə Demokrat.az-a İcmadan bildirilib.

“Silahlı hücum nəticəsində şəhid olmuş Azərbaycan Respublikasının hərbi qulluqçusu, əslən Qərbi Azərbaycanın Göyçə mahalının Nərimanlı kəndindən olan baş leytenant Orxan Əsgərovun ailəsinə, yaxınlarına və xidmət yoldaşlarına dərin hüznlə baş sağlığı verir və yaralananlara şəfa diləyirik.

Elçilərin toxunulmazlığına dair islam ehkamlarına və beynəlxalq normalarına hörmətsizliyin və xarici dövlətlərin səfirliklərinə xain hücumların İranda ənənəyə çevrilməsi təəssüf doğurur”, - İcmadan bildirilib.

İcma tutduğu vəzifəsindən asılı olmayaraq, bu hücumu sifariş edənlər, təşkil edənlər və icra edənlərin dərhal həbs olunmasını və tərəfsiz ədalət məhkəməsinə təslim edilməsini tələb edib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top