Yaponiyada qara görə 280 reys ləğv edilib

DÜNYA 24 yan 2023, 20:48
Yaponiyanın böyük hissəsini təsir edən güclü qar və külək səbəbindən 280 reys təxirə salınıb.

Demokrat.az "CNN türk"ə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Təşkilatı, son 10 ilin ən soyuq günlərinin yaşanacağını açıqlayıb.

Artıq bir çox bölgədə temperaturun mənfi 12 dərəcəyə düşəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Qarın qalınlığı bəzi bölgələrdə, xüsusilə Hokkaydo, Naqano, Okayama və Tottori əyalətlərində 10 santimetri keçib. 

Bununla yanaşı, hava şəraitinə görə ölkə üzrə 280 aviareys ləğv edilib.

Aysun
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top