"Kənddən gələnlərdən biri mən, istənilən şəhərlinin qabağına çıxıb, ..." — Seyran Səxavət

GÜNDƏM 24 yan 2023, 13:06
"İlk olaraq şəhərlə kəndi qarşı-qarşıya qoymaq olmaz. Kənddən şəhərə gələnlərdən biri də mən, istənilən şəhərlinin qabağına çıxıb, onunla hər mövzuda danışa bilərəm. Yəni, yüz minlərlə adamlar kənddən gəlib şəhərə adaptasiya olublar".

Bu sözləri Demokrat.az-a açıqlamasında yazıçı Seyran Səxavət son günlər səngiməyən şəhərli-kəndli mövzusuna münasibət bildirərkən deyib.

"Bu söhbətin uzadılması düzgün deyil.  Hesab edirəm ki, bunların hamısı bekarçılıqdandır. İndi Bəhram idi, deyib də... Bir-iki nəfər reaksiya versin, qurtarsın da bununla. Saqqız kimi çeynəməyin nə mənası var ki?! Mövzu xoş deyil. Nə kəndçi, nə şəhərli?! Hamımız adamıq. Nə boydayıq ki?! Sizə bir misal gətirim. Bir dəfə bir nəfər gedir Çinə. Oradan ondan soruşurlar ki, neçə nəfərsiniz. Deyir, 10 milyon. Deyir ki, denən hamınız bir-birinizi tanıyırısınız ki?"

İndi balaca ölkəyik.  Burada bunu danışmaq son dərəcə mənasız bir şeydir. Əvvəla, deyərlər ki, getdin o qışqırandan soruşdun ki, sən haradansan? Bu, çox səviyyəsiz bir şeydir. Mənim üçün dünyada iki millət var:  alçaq adam və şərəfli adam. İndi bilmirlər ki, nə etsinlər".

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top