“Bakı Metropoliteni” QSC-nin maşinisti qəfil vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 22-si saat 03:00 radələrində QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu “Avtovağzal metrostansiyası”nın 98-ci piketində 12327 nömrəli təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşib. O, sükan arxasında dünyasını dəyişib.
Hadisə nəticəsində qatarın hərəkətində hər hansı problem yaranmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, gecə dərhal təcili tibbi yardım dəvət edilib:
“Hadisə ilə bağlı aidiyyəti strukturlara məlumat verilib”.