"Qeshm Air” aviaşirkətinə məxsus təyyarə Təbrizdə təcili eniş etdi.
Demokrat.az xəbər verib ki, Qeşmdən İstanbula uçan təyyarədə sərnişinin halı pisləşib. Onun həyatını xilas etmək üçün gəmi komandiri Təbrizə təcili eniş edib.
Ürək çatışmazlığından əziyyət çəkən sərnişin xəstəxanaya yerləşdirilib və vəziyyəti qənaətbəxşdir. Təyyarə Təbriz aeroportunda qısa yoxlamadan sonra İstanbula yola salınıb.
Qeyd edək ki, Qeşm İranın eyni adlı adasında yerləşən şəhərdir.//APA