Astarada “Ulduz” filminin çəklidiyi tarixi tikili bərpa olunur — Ötən il yağışdan dağılmışdı (FOTO)

SOSİAL 22 yan 2023, 20:31
Astara rayonunun  Ərçivan qəsəbəsində yerləşən, “Ulduz” filminin çəkildiyi məşhur ləm təmir olunur.

Demokrat.az bildirir ki, bu barədə kəndin saytı məlumat yayıb.

Qeyd olunur ki, restavrasiya işləri tam bitəndən sonra ictimaiyyətə geniş açıqlama veriləcək.
116 yaşı tarixi tikili ötən il aramsız yağan yağışlar nəticəsində dağılmışdı.Talışların “ləm” adlandırdığı yay fəsli üçün nəzərdə tutulan qədim tikili Astaraya gələn turistlərin ən çox ziyarət etdiyi yer idi.

Qeyd edək ki, filmdə Məhəmməd və Züleyxanın səhnəsi kimi tanınan dialoq 1963-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində bu həyətdə inşa olunan ləmdə çəkilib.

Tikilinin sahibi, Ərçivan kənd sakini Əsədulla Musayev açıqlamasında bildirib ki, bu ləmi atasının babası tikib. Bina 19-əsrin əvvəlində tikilib. Yazıçı Fərman Kərimzadə məşur “Xudafərin körpü”sü romanını yazanda burda gecələyib.  19-cu əsrdə Aleksandr Düma Qafqaz səfəri zamanı bura da səfər edib. 1 gecə də burda qalıb.//azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top