İTV-nin aparıcısı da Bəhramı müdafiə etdi: "Gör şəhərimizi nəyə döndərmisiniz, eşşək, inək otarırsınız..."

SOSİAL MEDİA 22 yan 2023, 20:00
İctimai televiziyanın tanınmış aparıcısı Nərmin Salmanova da Əməkdar artist Bəhram Bağırzadənin müdafiəsinə qalxıb. 

Demokrat.az
xəbər verir ki, teleaparıcı Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) şəhərciyi ərazisindən uzunqulaq və inək fotolarını paylaşaraq, "Gör şəhərimizi nəyə döndərmisiniz, eşşək, inək otarırsınız..." deyə qeyd edib.

Daha sonra Nərmin Salmanova əlavə edib: 

"Bunlar şəhərə girib, şəhər bunlara girməyib. Özləri ilə kəndi gətiriblər. Həyətində, şəxsi ərazində saxlaya bilərsən. Amma binaların həyətində yox".

Teleaparıcı Bəhram Bağırzadənin rayon-şəhərli mövzusu ilə bağlı açıqlamasının da doğru olduğunu yazıb.

Onun fikrincə, Bəhram Bağırzadə sözügedən məsələ ilə bağlı səhv söz deməyib. 






Fidan Ağazadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top