Çavuşoğlu Stokholmda "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pislədi

REGİON 21 yan 2023, 20:47
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholmda müqəddəs "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyib.

"Report" TRT telekanalına istinadən xəbər verir ki, nazir bunu İslam əleyhinə alçaq və irqçi hərəkət adlandırıb.

"Nifrət, ksenofobiya və irqçiliyin təzahürü söz azadlığı ilə heç bir əlaqəsi yoxdur! Ümid edirəm ki, İsveç hakimiyyəti lazımi tədbirləri görəcək. Əks halda, aksiyaya bütün dünyada kəskin mənfi reaksiya nümayiş etdiriləcək”, - Çavuşoğlu bildirib.

Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın isə bunu “müasir barbarlıq” adlandırıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top