Sanksiyalardan sonra Rusiyada ən çox bahalaşan mal və xidmətlər — SİYAHI (RƏQƏMLƏR)

REGİON 21 yan 2023, 15:50
Sanksiyalardan və ölkə iqtisadiyyatına tətbiq olunan ən müxtəlif məhdudiyyətlərdən sonra Rusiyada bir çox mal və xidmətlərin qiymətində kəskin artım olub.

Azpost.info “Rosstat”a istinadən xəbər verir ki, ölkədə gigiyena vasitələrinin qiymətləri nəzərəçarpacaq həddə – orta hesabla 50 faiz bahalaşıb.

Ən bahalı mal və xidmətlər onluğuna həmçinin kibrit (50,8 faiz), sənədlərin surətinin çıxarılması (48,1 faiz), sabun (44,2 faiz), qadın bezləri (43,5 faiz), yeni xarici avtomobillər (39,1 faiz) və dezodorantlar (38,8 faiz) daxildir.

2022-ci ildə qiyməti ən çox artan yod olub. Onun orta dəyəri 2021-ci illə müqayisədə 55,2 faiz artıb. Bununla belə, ötən ilin dekabrında 10 ml yodun qiyməti 42 rubl olub.

“Rosstatın” məlumatına görə, xaricdə tətillərin də qiyməti kəskin artıb. Misirə səyahət 160 faiz (2,6 dəfə), Türkiyəyə – 118,6 faiz, BƏƏ-yə – 73,6 faiz bahalaşıb.

Yanvarın 18-də Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Rusiyada inflyasiya səngiməyə meyllidir, lakin onu çox da azaltmaq olmaz. Çünki bu, iqtisadi pozulmalara səbəb ola bilər. Putinin sözlərinə görə, birinci rübdə inflyasiyanın 5 faiz civarında olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top