Kremlin qara təbliğat maşını Fransada fəaliyyətini dayandırır

DÜNYA 19 yan 2023, 23:41
Fransa Kremlin təbliğat kanalı "RT France"ın (Russia Today France) bütün vəsaitlərini dondurub. 

Demokrat.az
“Le Monde” nəşrinə istinadən xəbər verir ki, məhz bunun nəticəsində telekanal fəaliyyətini dayandıra bilər.

Kanalın baş redaktoru Kseniya Fedorova “Le Monde”un əlinə keçən daxili qeyddə bunları yazıb: 

"Hesabdakı bütün vəsaitlər Baş Xəzinədarlıq İdarəsinin tələbi ilə dondurulub. Belədə, əvvəlki kimi eyni şərtlər altında işləməyə davam etmə mümkünsüz görünür.

Fyodorova yazır ki, dondurulma Avropa İttifaqının Rusiyaya qarşı dekabrda qəbul etdiyi sanksiyaların 9-cusu üzərində qurulub və o deməkdir ki, "RT France" podratçılara da maaş verə bilməyəcək.

Telekanal əməkdaşlarının dediyinə görə, kollektivdə artıq nəinki yanvarın sonunda maaş almamaq, hətta daimi işsiz qalmaq qorxusu var".

Qeyd edək ki, “Russia Today” dünya mətbuatında daha çox Kremlin qara təbliğat maşını kimi tanınır. Kanalın ingilis, ərəb, ispan, fransız dilində də verilişlər yayımlayıb. 

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top