“Ukrayna ABŞ-ın verdiyi raketlərdən istifadə etsə, qərbdəki şəhərlərə hücum edəcəyik” — Medvedev

REGİON 19 yan 2023, 23:03
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev nüvə silahı ilə bağlı təhdid dolu açıqlamalar verib.

Demokrat.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, Medvedev Rusiyanın Ukraynadakı itkisinin ciddi nəticələr doğuracağını vurğulayıb. “Adi müharibələrdə məğlub olan nüvə müharibəsinin fitilini alovlandıra bilər. Bununla da o, "məğlub olsaq, nüvə silahından istifadə edə bilərik” mesajını verib.

"Nüvə qüvvələri heç vaxt taleyinin asılı olduğu böyük münaqişələri uduzmur", - Medvedev bildirib. 

Sabiq prezident xəbərdarlıq edib ki, Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərlərə hücum edəcək.

"Ukraynaya göndərilən raketlərin Rusiyanı hədəf alacağı təqdirdə, hərtərəfli hücumlara keçəcəyik". 

Qeyd edək ki, bundan əvvəl ABŞ Ukraynaya silah yardımı çərçivəsində qabaqcıl raket sistemləri göndərəcəyini açıqlayıb.

Jalə
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top