“ANS-də illərlə soyulmuşam” — Aparıcı (FOTO)

SOSİAL MEDİA 19 yan 2023, 14:47
"Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib".

Demokrat.az
axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Ülvira Qarayeva sosial şəbəkədə yazıb. O, bir vaxtlar çalışdığı, hazırda fəaliyyəti dayandırılan ANS telekanalından şikayət edib. Ülvira bildirib ki, illərlə maaşından pensiya fonduna pul kəsilsə də, heç biri ora ödənməyib:

"Halbuki hər maaşımdan pul kəsilirdi. Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər demək hər ay cibə gedirmiş. İllərlə soyulmuşam, yağmalanmışam, bu, azmış kimi, gələcəyimdən də oğurlanıb".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top