"Sumqayıt Hospital"ın həkimi Elçin Bayramov barəsində polis araşdırma aparır

GÜNDƏM 12 iyul 2025, 10:38
“Sumqayıt Hospital”ın lor həkimi Elçin Bayramov barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

KONKRET.az xəbər verir ki, həkimin qonşusuna təzyiq göstərməsi və onun əmlakına zərər vurması ilə bağlı polisə şikayət edilib. Hadisənin Quba rayonunun Xucbala kəndində baş verdiyi bildirilir.

Məsələ ilə əlaqədar olaraq Quba Rayon Polis İdarəsi tərəfindən hüquqi qiymət verilməsi üçün araşdırmalara start verilib.

Qeyd edək ki, mediada yayılan ilkin məlumatlara əsasən, zərərçəkmiş şəxs həkimin onun mülkiyyətinə qəsd etdiyini və müxtəlif yollarla psixoloji təzyiqlər göstərdiyini iddia edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 14:48
12 iyul 2025, 13:38
Top