Jurnalist Cəmil Məmmədli barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib

HADİSƏ 18 yan 2023, 22:57
Xuliqanlıqda ittiham olunan jurnalist Cəmil Məmmədli barəsində qətimkan tədbiri seçilib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov APA-ya bildirib ki, Cəmil Məmmədli barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, Cəmil Məmmədli 15 dekabr 2022-ci ildə rayon sakini C. Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi barədə polisə məlumat daxil olub. O, qarşı tərəfə əl və ayaqla xəsarətlər yetirib, onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Cəmil Məmmədli barəsində Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top