Orta Dəhliz layihəsi: Azərbaycan gələcəyə yönəlmiş strateji addım atıb

İQTİSADİYYAT 18 yan 2023, 21:58
“Sabah Azərbaycan prezidenti və Gürcüstanın baş naziri Davosda çıxış edəcək. Onların çıxış edəcəyi məsələ məhz Orta Dəhliz layihəsi ilə bağlı olacaq”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan Orta Dəhlizə çox böyük yatırımlar edib:

“Rusiya-Ukrayna müharibəsi göstərdi ki, Azərbaycan gələcəyə yönəlmiş strateji addım atıb. Belə ki,  hazırda yükdaşımalar üç dəfə artıb. Eyni zamanda, Azərbaycanın Türkmənistan və Qazaxıstanla ticarət dövriyyəsi bir neçə dəfə artıb. 

Bundan başqa, Xəzər Türkmənistan üzərindən keçməklə TransXəzər üzərində xəttin çəkilməsi planlaşdırılır. Həmçinin, Qazaxıstanla Türkmənistan arasında dəmir yolu xətləri çəkilir. Bundan başqa, neftin Bakı- Tbilİsi-Ceyhan kəməri vasitəsilə daşınması nəzərdə tutulur. Bütün bunlar Orta Dəhlizin əhəmiyyətini artırır. Şimal Dəhlizi Ukrayna müharibəsinə görə bağlı olduğundan Cənub Dəhlizinin mühümlük dərəcəsi qabarıq görünür. Azərbaycanın Orta Dəhliz layihəsinə baxışı kifayət qədər strateji olub. Həm dəmir yolu, həm quru yolu, həm elektrik xətləri, həm gələcəkdəki digər boru kəmərləri vasitəsilə bu dəhliz əhəmiyyəti artmaqdadır. Yəni, Orta Dəhlizin aktuallığı daha da artacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top