“Rusiyanın yalnız bir çıxış yolu var, bu da Paşinyanın öldürülməsi...”

REGİON 17 yan 2023, 22:46
"Rusiyanın Ruben Vardanyanı Qarabağ üzərində təyin etməyə çalışması böyük səhv idi".

Bu sözləri Demokrat.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib. Ekspert qeyd edib ki, prezident açıq mətnlə çıxış zamanı onun üzərindən xətt çəkdi:

"Təbii ki, bu, Rusiyanın və Ermənistanın məğlubiyyəti idi. Azərbaycan Prezidentinin açıq mətnlə dediyi sözlər "o, bizim layihəmiz deyil" bu həlledici nüans idi. Bilavasitə Azərbaycan ərazisində açıq şəkildə müharibə elan etməsi, Vardanyanın taleyini birmənalı şəkildə həll elədi. 

Belə ki, burada əsas amil də aksiyaların başlanması ilə oldu. Faktiki bölgədə belə bir situasiyanın yaranması administrativ erməni idarələrini mitinq ərəfəsi pis vəziyyətə qoydu. Bir növ Araik Arutyanla Paşinyan birləşib Vardanyanı oyundankənar vəziyyətdə qoydu. Rusiyanın yalnız bir çıxış yolu var. Bu da Paşinyanın karyerasını başa çatmasıdır. Bu da Paşinyanın ya inqilab, ya da çevriliş yoluyla, öldürülməsiylə mümkündür. Əks halda, onların yürütdüyü bu siyasətin heç bir alternativi ola bilməz".

Nəzrin
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top