Baş nazir Tofiq Yaqublunun oğluna medal verdi — FOTO

DAXİLİ SİYASƏT 16 yanvar 2023, 16:06

Hazırda inzibati həbsdə olan tanınmış müxalif lider Tofiq Yaqublunun oğlu Rəhim Yaqublu 2-ci Qarabağ müharibəsindəki iştirakına görə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. 

Demokrat.az
-ın xəbərinə görə, bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi özünün "facebook" səhifəsində paylaşıb. 

O,bildirib ki, hazırda Amerikada yaşayan qardaşının adından medalı ona veriblər. 

Qeyd edək ki, baş nazir Əli Əsədovun imzası ilə medal və medalın vəsiqəsi ailəyə təqdim olunub. 


 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top